21 Noyabr 2017 11:00
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda və rüşvət verməkdə ittiham olunan “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Gündüz Hüseynov ittiham aktının surətini almadığını, ona istintaq dövründə təziq altında imza atdığını bildirib. Baş redaktorun sözlərinə görə, məhkəmədən saxlanıldığı təcridxanaya göndərilən bildirişi noyabrın 18-də alıb.

Daha sonra Gündüz Hüseynovun imzaladığı protokol elan edilib. Məhkəmə təqsirləndirilən şəxsə ittiham aktının surətini təqdim edib.

Məhkəmənin hazırlıq iclası noyabrın 28-də davam edəcək.

İttihama görə, Gündüz Hüseynov öz içilərinə qarşı dələduzluq edib. O, 200 min manatdan artıq pulu dələduzluqla almaqda ittiham olunur.

Gündüz Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 32.4, 312.2-ci (iştirakçılıq, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir.

“Zaman Press” qəzeti Mətbuat Şurasının reket qəzetlər siyahısına salınıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər