Bakıda lombarddan oğurluq etməkdə təqsirləndirilən Gəray İsmayılovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmdə qeyd olunub ki, Gəray İsmayılov cinayəti törədəndən sonra psixi xəstəliyə tutulub. Ona görə də o, məcburi müalicəyə göndərilib.
Qeyd edək ki, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci il noyabrın 9-da Bakı şəhər sakini Fərqanə Mehdiyevaya məxsus lombarddan 24.000 manat pul və 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Gəray İsmayılov tutulub.