Bakıda qətl hadisəsi tötməkdə təqsirli bilimən Əmrah Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib.
Prokuror təqsirləndirilən şəxsin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif eduib.
Növbəti proses aprelin 24-də davam edəcək.
İttihama görə, hadisə ötən il yanvarın 9-da Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində Əmrah Əlizadə Hacıbaba Məmmədovu icarəyə götürərək işlətdiyi ərzaq mağazasında bıçaqlayıb.
Hacıbaba Məmmədov 3 saylı Sabunçu şəhər xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatının xilas etmək mümkün olmayıb. Əmrah Əlizadə saxlanılaraq istintaqa təhvil verilib. O, qətlə yetirdiyi Hacıbaba Məmmədovun qonşusudur.
Məlumata görə, hadisə pul üstündə olub.