2 Avqust 09:38
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda iki nəfəri bıçaqlamaqda təqsirli bilinən Tariyel Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rahib Salmanovun ictraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə bu ilin aprelin 18-də saat 17 radələrində Lökbatan qəsəbəsində baş verib.

Bakı şəhər sakini Əmrah Kərimov və qardaşı oğlu Orxan Kərimova münaqişə zəminində çoxsaylı bıçaqla xəsarətləri yetirilib.

Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Füzuli rayon sakini Tariyel Vəliyev müəyyən edilib.

İstintaq orqanı tərəfindən Tariyel Vəliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıq və ya təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan eidlib.


Müəllif: Hacı Zeynalov