Bakının Nizami rayonunda dələduzluq faktı aşkar edilib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Fikrət Nəbiyev Nizami Rayon Prokurorluğuna ərizə ilə müraciət edərək, dələduzluqla üzləşdiyini bildirib.
O, qeyd edib ki, 2014-cü ilin iyulunda Cəbrayıl rayon sakini, 1958-ci il təvəllüdlü Səidə Umud qızı Yusifova onun etibarından sui-istifadə edərək, 8 min manatını alıb. Səidə Yusifova onun həmin miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.
Faktla bağlı şikayət ərizəsi araşdırılması üçün Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə göndərilib.
Hacı Zeynalov