14 May 2016 08:18
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astarada 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə 00:00 radələrində rayonun Siyəkür kəndi ərazisində qeydə alınıb.

"Lada Priora" markalı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı elektrik dirəyinə çırpılıb. Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan Siyəkür kənd sakinləri, 1990-cı il təvəllüdlü Akif Hikmət oğlu Muradov, 1992-cı il təvəllüdlü Məhəmməd Murad oğlu Səmədullazadə və Vaqo kənd sakini, 1986-cı il təvəllüdlü Orxan Akif oğlu Ağəliyev Lənkəran Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

M.Səmədullazadə ambulator tibbi yardım göstərildikdən sonra evə buraxılıb. A.Muradov və O.Ağəliyev isə xəstəxanasının travmatologiya şöbəsindədirlər, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər