28 Aprel 2014 10:58
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində bu gün Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumu işinə başlayıb.

“Biz yeni dünyada yaşamaq istəyiriksə, multikulturalizmi uçurum kimi qəbul etməməliyik”.

Teleqraf.com xəbər verir ki, Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı söyləyib. İlmham Əliyev Forumda mühüm müzakirələrin olacağına əminliyini ifadə edib: “Tədbirdə iştirak edən insanların irəli sürdüyü tövsiyələr çox mühümdür.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan multikulturalizm və tolerantlıqla bağlı tədbirlərin təşkil edilməsinə xüsusi diqqət yetirir. Prezident çıxışı zamanı Azərbaycanda multikulturalizmə, dəyərlərin təbliğinə xüsusi önəm verildiyini də vurğulayıb.

Qeyd edək ki, 2015-ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişafı proqramına həsr olunan beynəlxalq Forumda 57 ölkədən 200-ə yaxın tanınmış ictimai və siyasi xadimin iştirakı nəzərdə tutulub. Dəvət olunanlar arasında 32 ölkənin sabiq dövlət və hökumət başçılarının, o cümlədən Latviyanın keçmiş prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və Madrid Klubunun vitse-prezidenti Vike Vayra-Freyberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldinin iştirakı gözlənilir.

Forumun gündəliyinə açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqlar, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multiidarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərin müzakirəsi daxil edilib.

Forum çərçivəsində daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil və digər sosial xidmətlər üçün bərabər imkanların yaradılması, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, habelə davamlı inkişafa nail olmaq istiqamətində təbii sərvətlər və qlobal sərhədlərin rolu, təmiz texnologiyalar və yaşıl enerjinin vəhdəti məsələləri ətrafında geniş müzakirələrin aparılması planlaşdırılır.

Açıq Cəmiyyətlərin mürəkkəb situasiyalarda münaqişələrin həllinə dair müzakirələrdə isə məruzəçilər münaqişələrin həlli və sosial inteqrasiya sahəsində təcrübə və biliklərini bölüşərək inteqrasiya və açıqlığın mövcud problemlərin aradan qaldırılmasında faydalı ola biləcək əsas prinsipləri barədə fikir mübadiləsi aparacaqlar. /TREND/


Müəllif: Teleqraf.com