10 Yanvar 02:59

“Qarabağ” bu gün səhər saatlarında qış təlim-məşq toplanışı üçün Antalyaya yollanıb.

Teleqraf.com xəbər verir ki, komanda günorta saatlarında mənzil başına çataraq, “IC Santai” otelində məskunlaşıb. Ağdam klubunun legionerləri yaxın bir neçə gün ərzində komandaya qoşulacaq.

Yerli vaxtla saat 18:30-da isə futbolçular 2018-ci ilin ilk məşqinə çıxıb. Hazırlıq baş məşqçi Qurban Qurbanovun futbolçularla ayaqüstü toplantısıyla başlayıb. Daha sonra futbolçular yüngül qaçışların ardınca fiziki tapşırıqlarla məşqi yekunlaşdırıb.


Müəllif: Teleqraf.com
Загрузка...