15 Yanvar 2018 13:55
3 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın məşhur sənətçisi, xalq artisti, millət vəkili Zeynəb Xanlarova Azərbaycan Cümhuriyyətinin elan olunmasının yüzüncü ili münasibətilə İstanbulda konsert verəcək.

Teleqraf.com xəbər verir ki, İstanbul Azərbaycan Kültür Evinin (İAKE) təşkilatçılığı ilə baş tutan konsert İstanbulda Camal Rəşid Rey salonunda 17-18 mart 2018-ci il tarixində (Novruz həftəsində) olacaq.

İAKE başqanı Hikmət Elp saytımıza açıqlamasında proqramın “Azərbaycanın 100-cü ildönümü. Zeynəb Xanlarova ilə nostalji konsert” adı ilə həyata keçiriləcəyini söylədi “Azərbaycanın müstəqilliyinin yüzüncü ildönümündə belə bir tədbiri həyata keçirmək bizlər üçün çox önəmlidir. Sovet İttifaqı dönəmində Azərbaycan ilə Türkiyə arasında səsi, sənəti və millət sevgisi ilə ən güclü körpü olan və 70 illik Azərbaycan həsrətimizi ovunduran Zeynəb Xanlarova ilə bu konserti həyata keçirmək bizlər üçün eyni zamanda nostalji hisslər doğuran bir hadisədir”.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər