2 May 17:43
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan müdafiə naziri Suren Papikyan ABŞ-nin ölkəsindəki səfiri Kristina Kuinlə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə Ermənistanla ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın hazırkı kursu və inkişaf perspektivləri müzakirə edilib.

İki tərəf arasında əməkdaşlığın hazırkı səviyyəsi yüksək qiymətləndirlib. Amerika tərəfi Ermənistanda həyata keçirilən müdafiə islahatlarını bundan sonra da dəstəkləməyə hazır olduğunu bildirib.

Müdafiə naziri və səfir regional təhlükəsizliklə bağlı məsələləri də müzakirə edib.


Müəllif: Mənsur Rəğbətoğlu