9 Aprel 2022 21:38
1 208
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aktyor Uill Smit Amerika Kino Sənətləri Akademiyasının ona 10 il ərzində Akademiyanın tədbirlərinə, o cümlədən “Oskar” mükafatlarına qatılmağa qadağa qoymasına cavab verib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, aktyor qərara hörmətlə yanaşdığını bildirib.

“Akademiyanın qərarını qəbul edib, hörmətlə yanaşıram”, - deyə söyləyib.

Kino Sənətləri Akademiyasının prezidenti və baş direktoru Devid Rubin və Don Hudson baş verən hadisələrlə bağlı bunları deyiblər: “Bu ilki mərasim ilboyu zəhmət çəkib, inanılmaz işlərə imza atan yaradıcı insanların bayramına çevrilməli idi. Lakin təəssüf ki, cənab Smitin səhnədə nümayiş etdirdiyi yersiz və zərərli davranışla yadda qaldı”.

Qeyd edək ki, martın 28-də keçirilən “Oskar” mərasimində aparıcı Kris Rok Uill Smitin həyat yoldaşı ilə bağlı birmənalı qarşılanmayan fikirlər söyləyib. Əsəblərini cilalaya bilməyən Smit səhnəyə gələrək Roka şillə vurub. Daha sonra aktyor bu davranışına görə peşman olduğunu bildirərək Amerika Kino Sənəti Akademiyasından istefa verib və Kris Rokdan üzr istəyib.


Müəllif: Nərmin