11 Mart 08:28
1 413
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrlandiyalı aktyor Killian Mörfi Kristofer Nolanın bioqrafik drama janrında çekilən "Oppenheymer" filmindəki roluna görə "ən yaxşı aktyor" nominasiyasında "Oskar" mükafatını alıb.

Teleqraf.com xəbər verir ki, mükafatlandırılma mərasimi "ABC" televiziya şirkəti tərəfindən yayımlanıb.

Daha əvvəl Killian Mörfi bu rola görə "Qızıl qlobus" və Kino Aktyorları Gildiyasının Mükafatına (SAG) layiq görülüb.

Bu il mükafat uğrunda onunla Bredli Kuper (“Maestro”), Cefri Rayt ("Amerikan qiraət"), Kolman Dominqo ("Rastin") və Paul Camatti ("Tərk edilənlər") mübarizə aparıblar.


Müəllif: Teleqraf.com