Gürcüstan polisinin Tiflisdə keçirdiyi əməliyyat zamanı azərbaycanlı kriminal avtoritet Malış Krıtı saxlanılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ona qarşı dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.
1986-cı il təvəllüdlü Malış Krıtı (əsl adı Elçindir, soyadı açıqlanmır) Gürcüstan vətəndaşından zorla 2000 dollar tələb edib.