4 May 13:29
1 978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Hindistandan aldığı ATAGS artilleriya sistemi modernləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Hindistanın “Bharat Forge” müdafiə şirkəti məlumat yayıb.

Ermənistanda yerləşən ATAGS sistemləri erməni dilində ballistik kompüterlərlə təchiz olunub. Tənzimləmənin artilleriya heyətinin işini asanlaşdırdığı bildirilir.

Xatırladaq ki, ötən ilin sentyabrında Ermənistanın Hindistandan 6 ədəd ATAGS sistemi aldığı açıqlanmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu