ABŞ Prezidenti Donald Tramp Silahlı Qüvvələri İrana hücum etməyə məcbur edir.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Məhəmməd Bəkiri çıxış edib.
“Vəziyyətin ciddiliyini nəzərə almaq lazımdır. Düzdür, ABŞ-ın indiki prezidenti müharibədən danışmır, amma hakimiyyətdə olduğu 1 ildən çox vaxt ərzində Amerika Silahlı Qüvvələrini İrana hücum etməyə məcbur edir. Bunu bilirk. Buna görə də ölkəmizin müdafiəsini gücləndirməliyik”.