7 Avqust 2019 09:10
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrikanın bir muzeyində dinozavrların yeni növünə aid olduğu ehtimal edilən fosillər aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, 30 ildir massospondylos növünə mənsub sayılan 200 milyon illik fosillər üzərində araşdırmalar onların əslində dinozavrların yeni növü olduğunu ortaya çıxarıb.

Londonda təbiət tarixi muzeyində çalışan Paul Barret və tələbə Kimberley Çapelle fosillərin sümüklərinin digər dinozavr sümükləri ilə müqayisə edərək bu qənaətə gəliblər.

Boz kəllə adı verilən dinozavrın burnundan quyruğunun ucuna qədər məsafə 4 metr, çəkisi isə təxminən 300 kiloqram olub. Bu növün daha çox ot yeyən olması, kiçik heyvanlarla qidalandığı da bildirilir.

Yeni dinozavr fosilləri 1978-ci ildə Cənubi Afrikanın Forresburq bölgəsində bir fermada tapılıb.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər