01:58
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqonun rəhbəri Lloyd Ostin İsrailin müdafiə naziri İsrael Katz ilə danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerika departamenti öz saytında məlumat yayıb.

"Müdafiə naziri Lloyd Ostin bu gün İsrailin müdafiə naziri İsrael Katz ilə danışıb", - məlumatda deyilir.

Sənəddə bildirilir ki, tərəflər regional təhlükələri aradan qaldırmaq, İsrailin cari əməliyyatlarını müzakirə etmək və Vaşinqtonun Təl-Əvivin təhlükəsizliyinə sarsılmaz sadiqliyini təsdiqləmək üçün dialoq aparıblar.

Pentaqonun məlumatına görə, dialoq zamanı ABŞ-ın Livandakı vəziyyətin diplomatik yolla nizamlanmasına sadiqliyi də təsdiqlənib. Bundan əlavə, Ostin İsrail hökumətini Qəzza zolağında ağır humanitar vəziyyətin yaxşılaşdırılması üçün addımlar atmağa davam etməyə çağırıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər