Rusiya Prezidenti Vladimir Putin ilk dəfə yuxu rejimindən şikayətlənib.
Teleqraf.com xəbər verir ki, Rusiya prezidenti Moskvada Qırmızı meydanda keçirilən xokkey matçını izləyən zaman fasilədə biznesmen, Sankt Peterburqun SKA xokkey klubunun prezidenti Gennadi Timçenko ilə söhbətdə bu barədə danışıb. .
Gennadi Timçenko çox işlədiyini, buna görə də məşqlərə diqqət eləmək üçün vaxt tapmadığını bildirib.
Vladimir Putin isə az yatdığını söyləyib: "Az yatmışam. Dörd-beş saat, bəlkə ondan da az..."