15 Yanvar 2020 13:18
1 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ prezident administrasiyası Amerika qoşunları İraqdan məcburi çıxarılacağı təqdirdə, bu ölkəyə ayrılan hərbi yardımı 250 milyon dollar həcmində azaldacaq”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Wall Street” qəzeti Dövlət Departamenti və Müdafiə Nazirliyinə (Pentaqon) istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ Dövlət Departamentinin müvafiq şöbəsi cari maliyyə ili üçün İraqa ayrılan 250 milyon dollarlıq hərbi yardımın hamısının ödənilməməsinə çalışır. Eyni zamanda, Dövlət Departamenti Ağ Evin büdcəsindən 2021-ci maliyyə ilində eyni məqsəd üçün daha 100 milyon dollar tələbini geri götürməyin mümkün olub-olmadığını öyrənməyi planlaşdırır.

Qəzetin yazdığına görə, ABŞ rəhbərliyi hələ bu məsələ ilə bağlı son qərarı verməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər