16 Yanvar 2020 23:27
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Baş Naziri Kiriakos Mitsotakis ali hakim xanım Ekaterini Sakelaropulunun ölkə prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.

Teleqraf.com xəbər verir ki, xanım E.Sakelaropulunun namizədliyi parlament tərəfindən təsdiqlənərsə, o, Yunanıstanın ilk qadın prezidenti olacaq.

Qeyd edək ki, Yunanıstan parlament respublikasıdır. Prezident parlament tərəfindən 5 il müddətinə və ən çox iki dəfə seçilə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər