4 Fevral 2020 11:59
1 510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya ölkələri koronavirusla bağlı tədbilər həyata keçirir. Ölümcül epidemiya səbəbindən ölənlərin sayı 500 nəfəri keçib, virusa yoluxanların sayı isə 20 min nəfərdən çoxdur.

Teleqraf.com-un xəbərinə ğörə, virusun vüsət aldığı Çinin Şian şəhərində olan türk müəllim Burak Teoman baş verənlər haqqında CNN Türk kanalına açıqlama verib.

Burak Teoman bildirib ki, Çində rəsmilər virusun yaradığı təşviş atmosferini aradan qaldırımağa çalışırlar: “Sosial həyat tamamilə donub. Fabriklərdə istehsalat dayandırılıb. Özəl və dövlət məktəbləri bağlanıb. Mən müəllimlik edirəm. Bəzi təhsil müəssisələri virtual dərsləri davam etdirməyə çalışır. Amma virus sosial və iş həyatına ciddi təsir edib. Faktiki həyat sanki tamam dayanıb”.

Müəllim bildirib ki, Çin rəsmiləri hər kəsi evdən bayıra çıxmamağı çağırıb: “İctimai yerlərdə virusun yayılması daha asandır. Zəruri ərzaq ehtiyaclarımızı qarşılamaq məqsədilə bayıra çıxdıqda maska taxmaq lazım gəlir. Rəsmilər və həkimlər maska taxmadan bayıra çıxmamağı dəfələrlə tövsiyə ediblər. Demək olar ki, insanların hamısı maska ilə bayıra çıxır. Hətta bəzi insanların iki ədəd maska taxdığını görmək olur. Hazırda bu cür tədbirlər həyata keçirilir. Getdiyimiz hər yerdə gigeyinik tədbirlərə əhəmiyyət verilir, sabunlardan daha çox istifadə edilir. İnsanlar bu formada özlərini qoruyurlar. Əgər bayıra çıxmısınızsa, evə daxil olunca azı 30 saniyə əlinizi və üzünüzü yumaq lazımdır. Biz də bu tövsiyələri yerinə yetiririk. Şəxsən mən bayıra çox çıxmağa çalışmıram. Hazırda Çində maska problemi var. Türkiyə və digər ölkələrdən Çinə dəstək gəlir. N95 adlandırılan maska daha keyfiyyətli hesab olunur. Maskamızı belə dizenfeksiya edirik”.


Müəllif: Cavad

Oxşar xəbərlər