24 Fevral 2020 11:09
2 988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 5-də İstanbulda Türkiyə, Almaniya, Rusiya və Fransa liderlərinin Suriya toplantısı keçirməsi təklifinə təpki göstərən Moskva sonradan belə bir görüşün keçirilməsinə isti baxdığını elan edib.

Teleqraf.com xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, Rusiya dövlət lideri dörd ölkə rəhbərinin iştirakı ilə zirvə görüşünün keçirilməsinin tərəfdarıdır.

Zirvə görüşünün tarixinə gəldikdə Kremlin sözçüsü bildirib ki, liderlərin iş qrafiki dəqiqləşdirildikdən sonra konret vaxt təyin olunacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər