3 Sentyabr 2020 21:25
2 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya tərəfinin Aleksey Navalnının xəstəxanaya aparılmasına səbəb olan vəziyyətə reaksiyası Almaniya üçün əhəmiyyətli bir rol oynayacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel deyib.

“Çox şey Rusiya hökumətinin reaksiyasından asılıdır”, - kansler bildirib.

Almaniya hökuməti sentyabrın 2-də hərbi toksikoloqların Navalnının bədənində “Noviçok” qrupundan bir maddə izi tapdığını elan edib. Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi Baş Prokurorluqdan rəsmi cavab gözlədiklərini bildirib.

Rusiyalı müxalif siyasətçi Aleksey Navalnı avqustun 20-də Tomskdan Moskvaya uçuş əsnasında xəstələnib, nəticədə təyyarə Omska enməli olub. Xəstə zəhərlənmə diaqnozu ilə şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Navalnı komaya düşüb və tənəffüs aparatına qoşulub. Ayın 22-də Berlində bir klinikaya aparılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər