23 Noyabr 2021 10:12
1 774
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə ingilis ordusuna məxsus “F-35”in Aralıq dənizində qəzaya uğramasından sonra döyüş təyyarəsinin rusların əlinə keçməsindən narahat olan İngiltərə və ABŞ hərəkətə keçib.

Teleqraf.com xəbər verir ki, qəzanın ardınca ABŞ və İngiltərə ilə yanaşı, Rusiyanın da axtarışlara başladığı iddia olunub.

ABŞ və İspaniya dənizin şərq istiqamətində, ingilislər isə su hövzəsinin dibində axtarışlarını davam etdirir.

İngiltərə və ABŞ “F-35B”nin səsdən yüksək sürətlə uçmasına imkan verən məxfi radar və sensorlara malik olduğu üçün onun Rusiyanın əlinə keçməsini istəmirlər.

Rusiya hələlik məsələ ilə bağlı açıqlama verməyib.

İngilis Hərbi Hava Qüvvələrinin bir rəsmisi isə Rusiyanın cidd-cəhdlə qırıcını ələ keçirməyə çalışdığını deyib: “Mən əminəm ki, ruslar “F-35”ə sahib olmaq istəyərdilər”.

100 milyon funt-sterlinq dəyərində olan təyyarə İngiltərənin ilk “F-35” itkisi kimi tarixə düşüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər