Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı ağır vəziyyətlə bağlı dəhşətli məlumatlar alır. Məhz bu səbəbdən gözlənilmədən Ukraynadakı durumla bağlı Parisdə toplantı çağırıb.
Teleqraf.com xəbər verir ki, bunu britaniyalı hərbi ekspert Aleksandr Merkuris deyib.
“Makronun panikası Ukraynadan məlumat aldığını deməyə əsas verir. Bu isə onu göstərir ki, orada vəziyyət hətta münaqişənin gedişatını günbəgün izləyən insanların bildiyindən də pisdir”, - analitik qeyd edib.
Merkurisin fikrincə, Makronun davranışı və Ukraynaya Qərb qoşunlarının göndərilməsi ilə bağlı açıqlamaları Brüssel elitasının əhval-ruhiyyəsindən xəbər verir.
Ekspert vurğulayıb ki, avropalılar Ukraynada vəziyyətin necə sürətlə nəzarətlərindən çıxdığını görürlər.