Bəzi (Avropa İttifaqının üzvü olan) postsovet ölkələri Gürcüstana münasibətdə “böyük qardaş” rolunu oynamağa çalışırlar.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
“Bəzi postsovet ölkələrinin, xüsusən də Baltikyanı dövlətlərin siyasətçiləri Gürcüstana münasibətdə “böyük qardaş” rolunu oynamağa çalışırlar. Amma bu, alınmayacaq, biz bu şərtlərlə Avropa İttifaqına daxil olmaq fikrində deyilik”, - parlamentin sədri bildirib.
Baltikyanı və ya postsovet ölkələrinə gəlincə, söhbət Latviya, Litva və Estoniyadan gedir.