16 Mart 2019 16:22
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya Xarici Əlaqələr Nazirliyinin Rio Branko İnstitutunda Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılmasının 100illiyi ilə bağlı səfir Elxan Poluxov tərəfindən təqdimat keçirilib.

Azərbaycanın Braziliyadakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, təqdimat zamanı səfir Azərbaycan Respublikasının diplomatik xidməti, xarici siyasəti, müstəqilliyini əldə etdikdən sonra ölkəmizin üzləşdiyi çətinliklər və bu çətinliklərin aradan qaldırılmasında, eləcə də Azərbaycan dövlətçiliyinin qurulmasında ulu öndər Heydər Əliyevin əvəzedilməz rolu və onun layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət haqqında ətraflı məlumat verib.

Bundan başqa təqdimatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın regionda və dünyadakı rolu, ölkəmizin iqtisadi inkişafı işıqlandırılıb və tədbirin sonunda E.Poluxov tərəfindən institutda təhsil alan braziliyalı və xarici diplomatların sualları cavablandırılıb.

Tədbirdə Braziliya Xarici Əlaqələr Nazirliyi nəzdində fəaliyyət göstərən Rio Branko İnstitutunun direktoru, səfir Gisela Podovanda iştirak edib.

Qeyd edilib ki, səfirlik tərəfindən hazırlanmış, Azərbaycan haqqında müxtəlif mövzulardakı kitablar, jurnallar, bukletlər, eləcədə müxtəlif hədiyyələr tədbir iştirakçılarına təqdim edilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər