Nəsimi rayon Polis İdarəsindən məlumata görə, Azərbaycan Beynəlxalq Bankının əsas ofisinin qarşısında əlində bir qab yanacaq olan Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Emil Natiq oğlu Əliyev özünü yandıracağını bildirib. Hadisə yerinə polis əməkdaşları gəlib. E. Əliyevdə aparılan profilaktiki söhbət nəticəsində onu fikrindən yayındırmaq mümkün olub.
Polisdən verilən məlumata görə, E. Əliyev dələduzluqla üzləşdiyi üçün canına qəsd etmək istəyib. Artıq onun şikayəti əsasında polisdə təhqiqat araşdırmasına başlanıb. (APA)