20 Sentyabr 2017 08:09
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 18-də 57,29 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 1,01 dollar/barel azdır. Bu barədə Teleqraf.com-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 18-də 56,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,97 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 18-də 52,63 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,05 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 18-də 55,37 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,23 dollar/barel azdır.


Müəllif: Teleqraf.com