2020-ci ildə Tvitterin gəliri əvvəlki ilə görə 7 faiz artaraq 3.72 milyard dollara çatıb.
Teleqraf.com xəbər verir ki, şirkətin keçən ilin son rübündə gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28 faiz artaraq 1.29 milyard dollar olub.
2020-ci ilin son rübündə şirkətin qazancı 2019-cu ilin eyni dövrünə nisbətən 87 faiz artaraq 222 milyon dollar təşkil edib.
Tvitter 2020-ci ildə 1,14 milyard dollar zərər edib, 2019-cu ildə isə 1,47 milyard dollar qazanc əldə edib.
Tvitterin mənfəəti 2019-cu ilin son rübündə 118,7 milyon dollar olaraq hesablanmışdı. Şirkət 2019-cu ilin dördüncü rübündə 1 milyard dollar, il ərzində isə ümumilikdə 3.45 milyard dollar gəlir əldə etmişdi.
Keçən ilin dördüncü rübündə Tvitterin gündəlik aktiv istifadəçiləri əvvəlki ilin eyni dövrünə nisbətən 27 faiz artaraq 192 milyona çatıb.