Türkiyəli müğənni Mustafa Sandal Əminə Sandalla boşanacaqları barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Teleqraf.com-un məlumatına görə, o, xəbəri təsdiq edib:
“14 ildir evliydik. Təəssüf edirəm ki, zamanla bir-birimizə qarşı hiss etdiyimiz sevgi öldü. Xəyanət barədə xəbərlər yazıldı. Bu da yalandır.
Əminə Sandalla ayrılsaq da, bir-birimizi çox istəyir və hörmətlə yanaşırıq. Çünki bizim iki övladımız var. Onları düşünməliyik”.