29 Oktyabr 2021 18:13
2 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Altın Kelebek" mükafatlandırma mərasiminə namizədlər sırasında yer alan müğənni Çingiz Mustafayev də gecədə iştirak etməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, Çingiz Mustafayev bu barədə açıqlama verib.

"Müəyyən səbəblərə görə məyus oldum. Bir az gec xəbərdar oldum. Mənə səs verməni dayandıra bilərsiniz", - deyə bildirib.

Qeyd edək ki, Azərbaycandan "Altın Kelebek" mükafatlamdırma mərasiminə müğənnilər Çingiz Mustafayev, Ayaz Babayev, Çinarə Məlikzadə, Hiss və Nahidə Babaşlı yer alıb.

Çingiz Mustafayev ilə yanaşı Hiss də iştirakdan imtina edib.


Müəllif: Rəqsanə Həsənova