4 Oktyabr 2023 13:36
1 579
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Həddindən artıq həssas insanam. Hər hansı hadisə ürəyimə sızıntı verir, ürəyimi ağrıdır. Bəzən susub ürəyimə salıram. Şəkər xəstəliyi də məni bu səbəblərdən tapdı".

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Nisə Qasımova "Rəngarəng səhər" verilişində səhhətindən danışarkən deyib:

"Şəkər xəstəliyindən sonra xərçəngə görə əməliyyat olundum. Bu əməliyyata görə Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Əməliyyat təcili olunmalıydım. Şükür Allaha, indi yaxşıyam. Daha sonra insult da keçirdim.

İnşallah ki, bu xəstəlik son olar və bir daha xəstələnmərəm. Ailəm, oğlum, gəlinim yanımda idi. İnsult keçirəndə mənə elə bil hiss gəldi ki, ölürəm. Gördüm, heç danışa bilmirəm, sanki lal idim. Bir cümləni güclə dedim ki, Qurani-Kərim kitabını mənə gətirin. Oğlum Heydər Əliyev Fonduna zəng etdi. Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirildim. Əlil arabasına əyləşdim, hərəkət edə bilmirdim, dilim tutulmuşdu. 11 gün xəstəxanada qaldıqdan sonra evə gəldim".







Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər