23 Yanvar 2020 17:40
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçki Məcəlləsinin tələbinə əsasən səsvermə gününə azı 10 gün qalmış səsvermə bülletenlərinin çapına başlanılmalıdır. Partiyaların isə hamısına çatdırılmalıdır ki, bu müddət ərzində kim partiyadan çıxarılıbsa onların adının bülletenlərdə əksini tapmaması üçün bizə məlumat versinlər. Bu barədə qəbul etdikləri müvafiq qərarı bizə göndərsinlər. Aydınlaşdırlmalıdır ki, kim hansı partiyanın üzvüdür.

Teleqraf.com xəbər verir ki, bunu MSK-nın iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib:

“Bəzi yerlərdə siyasi partiyalaırn nümayəndələri var. Onlar hansısa siyasi partiyaya mənsub olduqlarını göstəriblər. Qanunvericiliyin tələbinə görə, əgər onlar siyasi partiyadan kənarlaşdırılırsa və onların siyasi partiya üzvlüyünə partiya tərəfindən xitam verilirsə bununla bağlı siyasi partiya MSK-ya məlumat verdikdə səsvermə bülletenində o şəxslərin siyasi partiya mənsubiyyəti göstərilmir. Bununla bağlı bəzi məlumatlar artıq MSK-ya məlumat göndərib. Partiya deyir ki, onlar artıq bizim üzvümüz deyil. MSK tərəfindən həm bizim bazada, həm də səsvermə büllütenində həmin şəxslər bitərəf kimi qeyd olunacaq”.

MSK sədri qeyd edib ki, Seçki Məcəlləsinin tələbinə əsasən bununla bağlı müddət yanvarın 29-da başa çatmalıdır.
Onun sözlərinə görə, növbəti iclasadək DSK-lar bununla bağlı MSK-ya məlumat verməlidirlər:
“Biz heç bir şəxsin namizədliyini geri götürməsini istəmirik. Qətiyyən belə bir şey yoxdur. Sadəcə, biz istəyirik ki, ötən müddət ərzində hansı namizəd hansı partiyadan çıxarılıbsa bu barədə bizə məlumat versinlər”.


Müəllif: Səxavət

Oxşar xəbərlər