23 Mart 19:44
1 310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə zəng edərək "Crocus City Hall"da baş verən terror aktı ilə bağlı başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Ərdoğan bildirib ki, bu hücum bölgədəki böhranların tez bir zamanda həll edilməsinin zəruriliyini nümayiş etdirib. O, Rusiya ilə terrorizmlə mübarizədə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.

"Crocus City Hall" konsert zalında terror aktı martın 22-də axşam saatlarında baş verib. Naməlum şəxslər binaya soxularaq tamaşaçılara atəş açmağa başlayıblar. Sonra bir neçə partlayış səsi eşidilib və yanğın başlayıb.


Müəllif: Pərvin Cəfərova