17 Mart 2018 14:13
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Teleqraf.com FHN-in saytına istinadən xəbər verir ki, nazirlik Novruz bayramı ərəfəsində və bayram günlərində mümkün hər hansı fövqəladə hadisənin qarşısının operativ alınması və nəticələrinin çevik aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təşkil edilməsi məqsədilə gücləndirilmiş iş rejiminə keçib.

Bununla bağlı nazirliyin müvafiq struktur bölmələrində əmrlər imzalanıb, şəxsi heyət təlimatlandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər