Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RXSM) Azərbaycanda gün ərzində baş verən zəlzələlərə münasibət bildirib.
Teleqraf.com-un xəbərinə görə, Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib ki, gün ərzində qeydə alınan zəlzələlər zəif olub:
"Təşviş yaratmağa ehtiyac yoxdur. Bu gün qeydə alınan hər iki zəlzələ zəif zəlzələdir. Şamaxıda qeydə alınan zəlzələ hiss olunmayıb. ( ml=3.8), bir neçə dəqiqə əvvəl Lənkəran Lerik sərhəddində qeydə alınan zəlzələ (ml=3.5) Lerikdə 3 bala qədər hiss olunub.
Hər iki təkanda dərinlik Yer səthinə yaxındır. Şamaxıda dərinlik 4 kilometr, Lənkəran Lerik sərhəddində 10 kilometrdir. Nəzərə almaq lazımdır ki, hər iki seysmik aktiv bölgədə yerləşir və belə bölgələrdə vaxtaşırı hiss olunan və hiss olunmayan təkanların qeydə alınması mümkündür".