8 May 2021 11:34
1 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada COVID-19 virusuna yoluxanların sayı 157 milyonu ötüb.

Teleqraf.com xəbər verir ki, ötən müddət ərzində 3,2 milyon insan virus səbəbilə dünyasını dəyişib, sağalanların sayı isə 135 milyona çatıb.

Mutasiya keçirmək xüsusiyyəti infeksion xəstəliklərə xas olan əlamətdir. Daha əvvəl COVID-19-un Britaniya və Cənubi Afrika ştammları yayılmışdı. Hazırda isə sürətlə Hindistan ştammı yayılmaqdadır. Virusun tüğyan etdiyi ölkələr arasında ən ağır vəziyyət Hindistandadır. Belə ki, burada virusa yoluxan və ölənlərin sayı sürətlə artır. Ötən 24 saat ərzində 401 078 nəfər yoluxub, 4 187 nəfər ölüb. Ölkə üzrə 238 270 nəfər virusa yoluxaraq həyatını itirib.


Müəllif: Aysel Azad