İslam İnkişaf Bankının (Islamic Development Bank Group - isdb.org) yaradılmasının 50-ci ildönümünə həsr edilmiş Qızıl Yubiley tədbirində Bankın Azərbaycanla uzunmüddətli və çoxtərəfli əməkdaşlıq formatında qurulmuş yüksək səviyyəli tərəfdaşlığından məmnunluq ifadə olunub.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Bu əlamətdar tarix münasibətilə İslam İnkişaf Bankının heyətinə səmimi təbriklərimizi çatdırır, Qurumun işinə uğurlar arzulayır və müştərək təşəbbüslərin yeni məzmunlarla zənginləşəcəyindən əmin olduğumuzu bildiririk", - deyə o qeyd edib.