15 May 20:35
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Kaledoniyada iğtişaşlar zamanı bir jandarm ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib.

“Yeni Kaledoniyada güllə yarası alan mobil dəstədən olan jandarm indicə keçindi. Bütün düşüncələrimiz onun ailəsi, yaxınları və həmkarlarının yanındadır. Heç nə zorakılığa haqq qazandıra bilməz. İctimai asayiş bərpa olunacaq”, - o “X” sosial şəbəkəsində yazıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər