2 May 16:08
323
12 Punto 14 Punto 16 Punto 18 Punto

May ayının 1-də Azərbaycan Texnologiya Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “GreenTech” Startap və Yaşıl Texnologiyalar” müsabiqəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu məqsədlə təşkil olunmuş tədbirdə bir neçə ali təhsil müəssisəsinin rəhbərləri, o cümlədən, ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, rektor müşaviri Salman Salmanov, universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev iştirak edib.

Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Kapital Bankın, “Azərsun”un, ATS Food, “AZGRANATA” MMC-nin və Bir Tələbə Könüllü Təşkilatının dəstəyi ilə keçirilən müsabiqədə ölkənin 17 ali təhsil müəssisəsindən, o cümlədən ADNSU-dan 60-dan çox komanda və 200 yaxın tələbə iştirak edib.

ADNSU-nun tələbələri – Kamran Heydərov, Cəmil Aslanov, Aqşin Səlimzadə, Sadiq Əliyev, Leyla Kazımzadə müsabiqədə aktiv iştirak ediblər. Tələbələrimizdən “PENTAGON” komandasının üzvləri Sadiq Əliyev və Leyla Kazımzadə Robotexnika kateqoriyasında Sand Cleaner layihəsi ilə 1-ci, Davamlılıq üçün Süni İntellekt kateqoriyasında Agro Helper layihəsi ilə 3-cü yerə layiq görülüblər.


Müəllif: Teleqraf.com