18 Dekabr 2017 12:52
1 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda özəl klinikada baş vermiş ölüm hadisəsini həmin səhiyyə müəssisəsi təkzib etməyə çalışıb.

“Med Era Hospital”ın direktor müavini Lalə Babayeva Teleqraf.com-a açıqlamasında belə bir hadisəsinin baş vermədiyini bildirib:

“Klinikamızda ölüm hadisəsi baş verməyib. Yayılan məlumat yalnışdır”.

Binəqədi rayon Prokurorluğu isə faktı saytımıza təsdiqləyib. Prokurorluqdan verilən məlumata görə, Binəqədi rayonu 8-ci mikrorayon ərazisində yerləşən “Med Era” Hospitalda 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu vəfat edib:

“Ölən şəxs dekabrın 6-də klinikada sağ çiyin nahiyəsindən əməliyyat olunub. Dekabrın 15-də həmin hospitalda vəfat edib”.

Ölüm faktı ilə bağlı Binəqədi rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, bu barədə ilk məlumatı “Lent.az” yayıb.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər