4 May 14:02
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 5-də Bakıda və Abşeron yarımadasında havanın arabir tutulub açılacağı gözlənilir.

Teleqraf.com xəbər verir ki, səhər saatlarında, əsasən saat 10:00-12:00 radələrində bəzi yerlərdə zəif yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətinin direktoru Nazim Mahmudov bildirib ki, gün ərzində mülayim cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin 7-12 m/s, arabir 14-16 m/s təşkil edəcəyi, havanın temperaturunun 17-21 dərəcə isti olacağı gözlənilir.

Xidmət rəsmisi marafon iştirakçılarından geyimlərini hava şəraitinə uyğun seçmələrini tövsiyə edib.


Müəllif: Teleqraf.com