3 Sentyabr 2020 20:38
3 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Baş naziri Mixail Mişustinə doğulduğu kəndin fotolarını göstərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Lukaşenko Rusiya baş nazirinə böyüdüyü evi və oxuduğu məktəbi təsvir edən şəkilləri göstərib.

Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinlə münasibətlərindən danışıb. O, rus həmkarını həm yaşda, həm də siyasi çəkidə “böyük qardaşı” adlandırıb. O, böyük qardaşın hər zaman kiçiyə dəstək olması lazım olduğunu söyləyib. Çünki böyüdüyü kənddə bu adət olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər