19:48
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Natavan Həbibi atasının birinci evliliyindən olan qızını axtarır.

Teleqraf.com xəbər verir ki, bu barədə sənətçi "Zaurla Günaydın" verilişində danışıb. O bildirib ki, bacısı Argentinada yaşayır və illərdir onu görməyib.

O, Zaur Baxşəliyevdən bacısının tapmaqda köməklik göstərməsini xahiş edib.

"Anamla ailə qurmamışdan əvvəl atamın ailəsi olub. Onun ilk evliliyindən bir qızı olub. Atam anamdan ayrılandan sonra yenidən əvvəlki ailəsinə qayıtmışdı. O qadın rus idi. Ögey bacım hazırda Argentinada yaşayır. Bizim onunla heç bir münasibətimiz yoxdur. Mən hər zaman istəmişəm ki, biz ünsiyyət quraq. Onu axtarmışam. Onun adı Alla Muradovadır. O istəsəydi, özü bizi tapardı. O, hər zaman bizi özündən qovurdu, istəmirdi bizimlə münasibəti olsun. Amma mən hər zaman istəmişəm ki, böyük bacı kimi bizə yaxın olsun".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər