ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası Ukraynanın NATO-ya qəbulu üçün ictimai çağırış imkanını nəzərdən keçirib, lakin bu plandan tezliklə imtina olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg"də dərc edilən məlumatda qeyd olunur.
Məlumata görə, Vaşinqtonun plandan imtina qərarı bu cür çağırışların qısa müddətdə uğur qazanma ehtimalının aşağılığı ilə bağlı olub.
Bu il iyun ayının 13-də Co Bayden və Volodimir Zelenski İtaliyada keçirilən G7 sammiti çərçivəsində Vaşinqton və Kiyev arasında 10 illik təhlükəsizlik sazişi imzalayıblar. Orada qeyd edilir ki, ABŞ Ukraynaya hərbi məhsullar və kəşfiyyat məlumatlarının verilməsi, hərbi təlim və hərbi sənaye kompleksinin inkişafı ilə bağlı yardım göstərmək niyyətindədir.
NATO-nun 2023-cü ilin yayında Vilnüsdə keçirilən sammitində isə G7 ölkələri Kiyevlə təhlükəsizlik zəmanətləri üzrə sazişlər bağlamaq niyyətlərini açıqlayıblar. Bu sənədlərdə təminatlardan danışılmır, yalnız Kiyevin müttəfiqləri tərəfindən artıq görülən işlər göstərilir və bundan başqa heç nə vəd edilmir.