20:33
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyada prezident seçkilərinin birinci turu keçirilir.

Teleqraf.com xəbər verir ki, seçkilərdə iştirak edən 14 namizəddən yalnız beşi real qalibiyyət şansına sahibdir.

Birinci turda liderlik edən namizəd, hazırkı Baş nazir Marçel Çolaku, təxminən 25 faiz səs toplayıb. Ən böyük rəqibi isə ultrasağcı “Rumıniya Birləşməsi” partiyasının lideri Corce Simiondur. Son zamanlar ölkədəki rekord inflyasiya fonunda C.Simionun populyarlığı artıb.

Seçki kampaniyasında C.Simion Ukraynaya silah göndərilməsinə qarşı olduğunu bildirib. O, həmçinin Avropa İttifaqına şübhəli yanaşır və homoseksuallıq əleyhinə fikirlər səsləndirir. C.Simion Rumıniya və Moldova arasında birliyə dəstək verir, bu səbəbdən Moldovada bir neçə dəfə ölkəyə girişinə qadağa qoyulub.

Qalib müəyyənləşməzsə ikinci tur dekabrın 8-də keçiriləcək. 1 dekabr Rumıniyanın Milli Günündə isə ölkədə parlament seçkiləri baş tutacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər