12:33
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacırın avtomobil karvanında qəza baş verib.

Teleqraf.com Publika.az-a istinadən xəbər verir ki, nazirin konvoyu hava limanına doğru gedərkən 2 avtomobil toqquşub. Hadisə nəticəsində Milli Yol Partiyasının (MYP) Şanlıurfa vilayəti üzrə sədri Mehmet Kolkara həyatını itirib, 6 nəfər yaralanıb.

Hadisə yerinə sağlamlıq qrupları və polis əməkdaşları cəlb olunub. Göstərilən ilk tibbi yardımdan sonra yaralılar xəstəxanaya çatdırılıb.

Məlumata görə, qəzada ağır yaralanan Mehmet Kolkaranı həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Hadisədən sonra Şanlıurfa valisi Hasan Şıldak bölgəyə gedərək səlahiyyətlilərdən məlumat alıb.

Qəza ilə bağlı araşdırma başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər