İndoneziyanın Halmahera adasındakı Dukono vulkanı püskürməyə başlayıb və 3 min m hündürlüyə kül sütununu atıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Antara" agentliyi xəbər verib.
Məlumata əsasən, İndoneziya fövqəladə hallar xidmətləri dəniz səviyyəsindən 1335 m hündürlükdə olan vulkanda silsilə təkanlar qeydə alıb.
Hakimiyyət orqanları yerli sakinləri Dukono zirvəsindən 3 km radiusda yerləşən əraziyə getməməyə və açıq havada olarkən maskalar taxmağa çağırıb. Bu, tənəffüs yollarını vulkanik küldən qorumaq üçün lazımdır.