Ukrayna prezidenti Vladimir Zelenski G7-nin qəbul etdiyi Ukrayna üçün təhlükəsizlik zəmanətləri bəyannaməsinə qoşulan 14 ölkənin hamısının adını çəkib.
Teleqraf.com xəbər verir ki, Zelenski bu barədə axşamkı videomüraciətində danışıb.
"Təhlükəsizlik zəmanətləri üzrə tərəfdaşlarla işləməkdə daha bir nəticəmiz var - Yunanıstan G7-nin Ukrayna üçün zəmanətlər haqqında bəyannaməsinə qoşuldu. Bu, artıq 14-cü ölkədir".
Onun sözlərinə görə, bəyannaməyə Yunanıstanla yanaşı, Belçika, Çexiya, Danimarka, Finlandiya, İslandiya, İrlandiya, Latviya, Hollandiya, Norveç, Portuqaliya, Rumıniya, İspaniya və İsveç də qoşulub.